Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Niyam Salami “Halloween” bayramı qeyd edən valideynlərə irad bildirib.
Adalet.az xəbər verir ki, müğənni, ABŞ-də, Kanadada, İrlandiyada və Böyük Britaniyada rəsmi bayram olan “Halloween” bayramının ölkəmizdə qeyd edilməsinin, xüsusi ilə də uşaqların üzlərinin bəzədilməsinin əleyhinə olduğunu söyləyib:
“ Bu nədir? Hər kəs böyük həvəslə aparıb uşaqlarının üzlərini bəzədirlər. Qəribə heyvanları, vampirləri təsvir edirlər. Bu doğru deyil. Uşaqlara psixoloji təsir edirlər. Harda əyri- üyrü bayramlar var, bizim millət onu qeyd edir. Gözəl bayramlarımız varkən bu nədir qeyd edirsini? Niyə vəhşiliyi təmsil edən bayramı adətə çevirirsiniz?! “Halloween” bayramı “Şeytan bayramı”dır. Niyə onu qeyd edirsiniz?!Uşaqlar üçün dövşan, cücə, ayı v.s kimi maraqlı heyvanların təsvirlərin çəkin, amma ağızdan qan gələn, vəhşiyə dönmüş vampir şəkilləri çəkməyin. Uşaqlarınızı bununla məhv edirsiniz. Bunu başa düşün”!
Əntiqə