Müğənni Nura Suri işqıdan şikayətləndi: Gündə kommunal qiymətləri artırırsınız, amma...

21.02.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Müğənni Nura Suri qarlı hava səbəbindən yaranan problemlərdən şikayətlənib.

Mia.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.

O, yaşadıqları binada işıq və suyun olmadığını, liftin isə işləmədiyini vurğulayıb:

"Xətai rayonu, Babək prospektində işıq kəsilib. Nəticədə 18 mərtəbəli binalarda liftlər işləmir, su gəlmir, işıq yoxdur. Bütün bunlar qarlı, soyuq havada baş verir. Gündə kommunal qiymətləri artırırsınız, amma yaxşı xidmət göstərmirsiniz. Biz dərdimizi kimə deməliyik?"(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью