Müğənni ölüm hökmünü gündəmə gətirdi: Belə insanlıqdan çıxmışlara...

06.10.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Müğənni bu cür hadisələrin ictimailəşdirilməsinin və belə əməllərə görə daha ağır cəzaların tətbiq edilməsinin tərəfdarı olduğunu deyib:

“Bir qızın məhv olmuş həyatının qarşılığı cəmi 15 il həbs cəzası ola bilməz. 15 il sonra bu insan normal biri kimi cəmiyyətdə və azad necə ola bilər?! Ölüm hökmü artıq mütləqdir, belə insanlıqdan çıxmışlara...

Belə mövzular olanda susun, yaxşı? Diliniz-ağzınız ancaq qeybətə, kim nə yedi, nə içdi, kim haradadır və sair kimi mövzularda işləsin. Amma belə mövzularda susun. Utanmayın, deyin ki, qız özü günahkardır.

Hələ bilmədiyimiz və bəlkə də heç vaxt bilməyəcəyimiz nə qədər murdar işlər baş verir bağlı qapılar arxasında”.

Qeyd edək ki, F.Ramilov 2023-2025-ci illərdə qızı 2009-cu il təvəllüdlü Cəmiləyə qarşı mütəmadi zorakılıq əməlləri törədib. Onu döyərək xəsarətlər yetirib, həmçinin dəfələrlə seksual xarakterli zorakılıq əməlləri törədib.

Məhkəmənin hökmü ilə F.Ramilova 15 il həbs cəzası verilib.

Həmidə ibrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью