Müğənni sevgilisinin kəsilmiş başı ilə küçədə yaxalandı | Icma.az
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Nigeriyada dəhşətli qətl hadisəsi baş verib.
“Cebheinfo.az” xəbər verir ki, müğənni sevgilisini öldürdükdən sonra onun kəsilmiş başını küçədə apararkən ictimaiyyət nümayəndələri tərəfindən yaxalanıb.
Hazırda 24 yaşlı Salome Adaidunun, Timileyin Ajayi tərəfindən öldürüldüyü iddia edilib. Bildirilir ki, hadisə Nasarava ştatında baş verib.
Yerli sakinlər əlində çanta olan şübhəli kişini görüb və ona yaxınlaşıblar.
Daha sonra hadisə yerinə polis gəlib, bu zaman artıq insanlar şübhəli şəxsə qarşı aqressivlik nümayiş etdirirdilər.
"Biz onu izdihamın arasından xilas etdik", - Nasarava polisinin sözçüsü Ramhan Nansel deyib.
Polis müğənninin evində qurbanın digər bədən hissələrini tapıb.
Paytaxtda Milli Gənclik Xidməti Korpusunda (NYSC) xidmət edən Salomenin ailəsi hökumətdən cinayətin ətraflı şəkildə araşdırılması, cavabdeh şəxslərin cəzalandırılmasını tələb ediblər.
Tam oxu
Xəbəri oxu