Müğənni Sevgim Mahsun Kırmızıgüllə duet oxuyacaq? VİDEO

31.01.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Sevgim bir verilişdə Mahsun Kırmızıgüllə duet oxuyacağını və bunun qarşılığında sənətçiyə 200 min dollar ödəyəcəyini iddia edib.

Globalinfo.az xəbər verir ki, Lent.az məsələni dəqiqləşdirmək üçün Mahsun Kırmızıgülün meneceri Necmi Gündüzlə əlaqə saxlayıb. Menecer bildirib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

“Bu, böyük bir yalandır. Nəinki 200 min dollar ödəmək, ümumiyyətlə həmin müğənninin Mahsun Kırmızıgüllə duet oxuyacağı barədə deyilənlər də həqiqətə uyğun deyil”.

Menecerin sözlərinə görə, bu mövzuda hər hansı razılaşma və ya plan mövcud deyil.

Qeyd edək ki, müğənni Sevgim bu “duetin” həyatında olan bəyin ona hədiyyəsi olduğunu bildirib.

https://cdn.globalinfo.az/2026/01/058da99121d08eb5051df15abd8e46bf.mp4

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью