Müğənni sosiska yeməlidir!?

21.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Hamı toya bağlıdır. Bu sektor bizdə işləməsə, biabırçılıq olar".

Ölkə.Az xəbər verir ki, bu sözləri prodüser Anar Mədətov MTV-də yayımlanan "7/24 xidmətinizdəyik" verilişində deyib.

O, "müğənnilərin toy qiymətlərinin şişirdilməsi" mövzusu ətrafında danışarkən belə deyib.

"Məsələn, biri boşanır-evlənir və s. Yıxılanı baltalıyırıq, qalxana paxıllıq edirik. Yazıq milli yıxılıb, indi sosial şəbəkəni açırsan, nə gəldi deyirlər. İndi də başlayıblar - toy, toy. Amma get bir dənə toy sahibinə denən ki, 50 manatlıq müğənni var, çağıraq onu. Sizə deyəcək ki, "niyə, mən kimdən əskik adamam?"

Prodüser həmçinin bildirib ki, müğənni də o insandır ki, istəyir ki, həm də qazansın, soyuducusunda əti də olsun: "Ətin də qiymətini aşağı salacaqlar dedilər, amma yenə də ətin satışı üzrə dünyanın ən bahalı ölkələrindən biriyik, kilosu 18 manatdır. Onda bu müğənni sosiska yesin?!"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью