Müğənni: “Təhsili olan uşağın parlaq gələcəyi var”

26.10.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni İradə İbrahimova övladlarının təhsilinə ayırdığı vəsaitdən danışıb.

Adalet.az bildirir ki, müğənni ailə  gəlirlərinin böyük bir  hissəsini təhsilə ayırdığını söyləyib:“Övladlarımın ən böyük yatırımı onların təhsilinə xərclənən məbləğdir. Mən həmişə deyirəm ki, bərbəzək, bahalı marka geyimlər, gəzmək v.s kimi şeylər gəldi- gedərdi, tək qalan  amil təhsildir. Övladlarım da ağıllı uşaqlardır. Bunu qəbul edirlər. Və daha çox təhsilə zaman ayırırlar.

Onlara  deyirəm ki, nə qədər ki, atanızın və mənim normal pul qazanmaq imkanımız var, həmin imkanlardan təhsiliniz üçün istifadə edin.Övladı yönləndirmək  vacib məqamdır. Onları təhsilə yönləndirmək çox önəmlidir. Təhsili olan bir uşağın, sözsüz ki, parlaq gələcəyi var”.

Əntiqə 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью