Müğənni Teylor Svifti “Real”la nə bağlayır?

07.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Müğənni Teylor Svift “The Life of a Showgirl” (Səhnə qızının həyatı) adlı yeni albom buraxıb.

İdman.biz bildirir ki, yeni albomdakı mahnlardan birində Madridin “Real” klubuna həsr olunmuş sözlər var.

“Wish List” (“Arzular siyahısı”) trekində müğənni çox insanların arzusunda olduqları şeyləri sadalayır.

Mahnıda arzular sırasında “Real Madrid” ilə müqavilə imzalamaq da qeyd olunur. Bu arzu, “Oskar”, Kann film festivalinda “Palma budağı” almaq və ya yaxta sahibi olmaqla bir tutulur.

Teylor Svift Amerika futbolunun ulduzlarından Trevis Kelsi ilə nişanlıdır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью