​Müğənnidən etiraf: İkardinin bir işarəsi yetər...

20.12.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Aşkın olayım" mahnısı ilə Türkiyədə məşhurlaşan müğənni Simge Sağın səs-küylü sayılacaq açıqlama verib.

Metbuat.az xəbər verir ki, Simge Sağın qatıldığı televiziya proqramlarının birində bu barədə danışıb.

O, "Qalatasaray" azarkeşlərinin Mauro İkardinin hər dəfə qol vuranda ifa etdiyi "Askın olayım" mahnısının ulduz futbolçu ilə özü arasında gizli bağ yaratdığını bildirib.

Sənətçi İkardiyə biganə olmadığını etiraf edib: "Biz heç vaxt görüşmədik. Amma "Qalatasay" azarkeşlərinin dilindən düşməyən "Aşkın olayım" şərqisi sayəsində aramızda gizli bağ yaranıb. İkardinin bir işarəsi yetər. Mənimlə görüşmək istəsə, ona tərəf qaçaram".

Bu etirafına görə müğənnini tənqid edənlər olub. Minlərlə insan sosial şəbəkə hesabında şərh yazaraq bu sözlərin gənc bir xanıma yaraşmadığını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью