Müğənnidən sərt sözlər: itlərə, pişiklərə edərəm, sizə yox!

14.11.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Nüşabə Musayeva sosial şəbəkə hesabında daha bir rəqs görüntülərini paylaşıb.

Publika.az xəbər verir ki, müğənninin paylaşımına şərh yazan izləyicilərindən biri ondan maddi yardım istəyib.

Nüşabə Musayeva övladlarının təhsili üçün ondan kömək istəyən şəxsə sərt şəkildə cavab verib:

"Xeyr, kömək edə bilmərəm. Mən milyonçu deyiləm, pul kəsmirəm. Bu günə qədər etdiklərim bəsdir. Onsuz da millət olaraq dəyər və qədirbilən deyilsiniz! Heyvanlara - itlərə, pişiklərə kömək edərəm. Onlar daha səxavətlidirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью