Müğənnilər Canəli Əkbərovun məzarını ziyarət etdilər Fotolar

11.03.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərhum Xalq artisti Canəli Əkbərovun ad günü olub. 

Axşam.az xəbər verir ki, bu münasibətlə sənət adamları və ailə üzvləri müğənninin məzarını ziyarət ediblər. 

Həmin görüntüləri Əməkdar artist Babək Niftəliyev paylaşaraq "Böyük sənətkarımız, ustadım, "Şərəf", "Şöhrət" ordenli Canəli Əkbərovun doğum günüdür. Ailə üzvləri, tələbələri və ziyalı şəxslərlə birlikdə məzarını ziyarət etdik" sözlərini yazıb. 

Qeyd edək ki, C.Əkbərov 2021-ci ildə vəfat edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью