Müğənnilər toyda insanları aldadırlar

05.04.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Müğənni Natavan Həbibi opera ifaçılarını saxtakarlıqda ittiham edib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, vokalçılar fonoqram oxuyaraq, insanları aldadırlar:

"Elə müğənnilər var ki, illərdir vokalçılarla səhnəyə çıxırlar. İnsanlar elə bilirlər ki, vokalçılar oxuyur. Burada opera oxuyanlardan söhbət gedir. Çıxıb toylarda camaata fonoqram qoyurlar, yalandan ağızlarını açırlar. Baskovun köhnə repertuarından mahnılar qoyurlar. Camaat da deyir sinəyə, səsə bax. Bunlar gözümün qabağında baş verib. İndiyənə qədər də var bu. Görmüşəm iran müğənnisi oxuyur, filnkəs deyir mənəm. Saxtakarlıq çox olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью