Müğənnilərin hamıya borcu var idi

25.11.2025

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"O vaxtlar müğənnilər boğazlarından kəsirdilər və sənətə xərcləyirdilər. Ona-buna borclu olurdular. Mən etmədim. Balalarımın boğazından kəsib sənətimə verməmişəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Əlsəgərli "Gün ortası" proqramında deyib. Müğənni sənətinə çox pul xərcləmədiyini bildirib. 

Nəvələrindən danışan A.Ələsgərli "Balacadırlar, televizorda məni göstərəndə gedib qucaqlayırlar ki, nənə. Qızım deyir, sonra gedib televizorun arxasına baxırlar" sözlərini deyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью