Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gündən bəri bir çox sənət adamının teleqram profili oğurlanıb.
Axşam.az xəbər verir ki, bu dəfə müğənni Vüsal Hacıyev və Səbinə Ərəblinin teleqram kanalı oğurlanıb. Kanalı ələ keçirən dələduzlar insanlara linklər göndərir, linkə daxil olduqda isə telefonunuzdakı parollar ələ keçirilir.
Vüsal paylaşım edərək "Teleqram kanalımı sındırıblar. Adımdan kimdən pul istəsələr verməyin" sözlərini yazıb.
Səbinə isə "Adımdan link göndərilir. Daxil olmayın. Pul da istəyə bilərlər, göndərməyin" sözlərini əlavə edib.
Qeyd edək ki, ötən gün Əməkdar artist Abbas Bağırov, rejissor Aqil M.Quliyev, aşıq Samirə Əliyeva da eyni halla rastlaşıb.