Icma.az bildirir, Moderator.az portalına istinadən. “Hansı efirdə, hansı verilişdə özümü görürəmsə ora da gedirəm.
Özümə layiq bilmədiyim verilişlərə getmirəm. Düzdür, tamaşaçılar bizi qınayırlar ki, niyə efirə çıxmırsız?
Tək məni yox, başqa həmkarlarımı da qınayırlar ki, niyə efirlərdə görünmürsüz, niyə meydanı bəsit mahnı ifa edənlərə vermisiz?
Bu sualları mənə çox verirlər və cavablandırmağa acizəm. Mənim evim çalışdığım Bakı Musiqi Akademiyasına çox yaxındır.
5 dəqiqəlik məsafədə yaşayıram. Bu vaxt ərzində işə gedərkən tanıyıb yaxınlaşırlar, darıxdıqlarını deyirlər.
Düzdür, bizim indi yaxşı, səviyyəli, səhnədə öz mahnıları ilə hörmət qazanan ifaçılarımız da çoxdur. Amma bayağı ifalar ondan da çoxdur.
Amma telekanal rəhbərləri, telekanal işçiləri gərək bu kimi hallara son qoysunlar. Çünki bizim buna gücümüz çatmır.
Niyə görə mən bəsit, bayağı mahnıların səsləndiyi verilişdə gedib oturmalıyam?