Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış

01.09.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli müğənni Güllünün şübhəli ölümündə ilə bağlı daha bir neçə şok faktlar açıqlanıb.

BAKU.WS xəbər verir ki, anasını öldürməkdə təqsirləndirilən və həbsdə olan Tuğyan Ülkem Gülterinin oktyabrın 1-də keçiriləcək ilk məhkəmə iclası öncəsi keçmiş nişanlısı Kervan Eminoğlu dəhşətli iddialar səsləndirib.

Kervan Eminoğlunun sözlərinə görə, ana-qız arasındakı gərginlik faciədən çox əvvəl başlayıb.

Tuğyanın anasına qarşı böyük nifrət bəslədiyini bildirən Eminoğlu, onun tez-tez "Anam bizi atdı, məni nənəm böyütdü" dediyini vurğulayıb.

Dəhşətli hadisədən qısa müddət əvvəl Tuğyanın rəfiqəsi Çiğdemlə birgə müğənni Güllüdən 4 000 lirə oğurladığı iddiaları istintaq qovluğunda yer alıb.

Bu hadisədən sonra müğənni Güllü mənzilinin qapısının kilidini və giriş şifrəsini dəyişdirərək qızını evə buraxmayıb.

Sentyabrın 22-də küçədə qalan Tuğyanın ona zəng etdiyini deyən Eminoğlu, qızın "Anam şifrəni vermir, evə gəlmə deyir. Bezdim artıq, həyatım məhv oldu" deyərək fəryad etdiyini bildirib.

Tuğyanın bundan sonra 1,5 saatlıq video çəkərək anasını qardaşlarına şikayət etdiyi də ortaya çıxıb.

Müğənni Güllünün ölümündən bir il keçməsinə baxmayaraq, ortaya çıxan oğurluq iddiaları, dəyişdirilən şifrələr və sirr dolu mesajlar bütün diqqəti oktyabrın 1-də keçiriləcək ilk məhkəmə prosesinə yönəldib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью