Müğənninin atasından imtinası: yalnız bu halda mümkündür

01.04.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Aysun İsmayılovanın atasından imtina etməsi ilə bağlı fikirləri sosial şəbəkələrdə maraq doğurub. Belə ki, ifaçının valideyni ilə əlaqələrini kəsməsi birmənalı qarşılanmayıb. Bəziləri bunun qanuni olaraq da mümkün olmadığını vurğulayıb.

Valideyndən imtinanın hüquqi əsası varmı?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində sadəcə ad dəyişmə ilə bağlı maddə qeyd olunub:

Mehman Muradlı

“Yəni vətəndaş soyad, ad, ata adını şəxsiyyət vəsiqəsində dəyişə bilər. Yaxud ata adı, eləcə də soyadı qeyd etməmək hüquqları var. Lakin rəsmi qaydada valideyndən imtina etmək anlayışı yoxdur. Qanunvericilikdə bu, nəzərdə tutulmayıb. Atanın əyyaş, narkoman və sair olması mümkündür. Amma qanunla ondan imtina edə bilməzsən”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью