Müğənninin baş həkimlikdən çıxarılan qardaşı yenidən baş həkim oldu

16.09.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.

"Cebheinfo.az" nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib.

Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib.

İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью