Müğənniyə ərə gedəcəkdim, anam icazə vermədi

17.10.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Mənzurə Musayeva baş tutmayan toyundan danışdı: "Yaxşı qismətim vardı, amma ailəm mane oldu"

Müğənni Mənzurə Musayeva "Tarixin bir günü" verilişində qonaq olub və şəxsi həyatı ilə bağlı maraqlı etiraflar səsləndirib.

Sənətçi canlı efirdə ilk dəfə evlənmək planlarından danışaraq bildirib ki, vaxtilə ailə həyatı qurmağa hazırlaşdığı şəxs də müğənni olub. Lakin toyun baş tutmasına son anda ailəsinin etirazı mane olub.

Müğənni sözlərinə belə davam edib: "Mənim çox yaxşı qismətim vardı, amma ailəm razı olmadı. Beləcə, toy baş tutmadı."

Mənzurə Musayevanın bu açıqlaması sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью