Müğənniyə məxsus 3 mərtəbəli bina uçdu FOTO

11.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Türkiyədə Athena Gökhan kimi tanınan müğənni Gökhan Özoğuza məxsus üçmərtəbəli bina uçub.

Redaktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:40 radələrində Balat məhəlləsində qeydə alınıb.

Belə ki, 3 mərtəbəli və yaşayış olmayan binada qismən çökmə baş verib.

Binanın yanındakı iki və onunla üzbəüz yerləşən bir binanın sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib.

Bundan başqa, onun ətrafındakı yolun bir hissəsində də çökmələr baş verib.

Binadan götürülən nümunələr araşdırıldıqdan sonra onun sökülüb-sökülməyəcəyinə qərar veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью