Muğlada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralananlar var

15.11.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda avtomobil elektrik dirəyinə çırpılaraq yanıb, iki nəfər həyatını itirib, beş nəfər yaralanıb.

AZXEBER.COM "TRT Haber"ə istinadən xəbər verir ki, avtomobil aşan dirəyin altında qalıb.

Məlumat əsasında qəza yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis qrupu göndərilib.

Yanğın söndürüləndən sonra avtomobildə şəxsiyyətləri hələ müəyyən edilməyən iki nəfərin həyatını itirdiyi müəyyənləşib.

Aralarında uşaqların da olduğu beş xəsarət alan şəxs isə xəstəxanalara yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью