Icma.az, Modern.az saytına istinadən bildirir.
Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda meşəlik ərazidə başlayan yanğın güclü küləyin təsirindən Antalyanın Kaş rayonunda meşəlik ərzaiyə yayılıb.
Modern.az TRT Haber-ə istinadən xəbər verir ki, yanğının nəzarətə alınması üçün havadan və qurudan müdaxilə davam etdirilir.
Bildirilib ki, yanğının söndürülməsinə 4 təyyarə, 15 helikopter, 72 yanğınsöndürən maşın, 6 texnika və 450 əməkdaş cəlb olunub.