Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Muğlada meşə yanğını baş verib.
Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, yanğın Menteşe rayonunda qeydə alınıb.
Yanğın Yaraş məhəlləsindəki meşəlik ərazidə başlayıb. Ərazidə güclü külək səbəbindən yanğın tez bir zamanda yayılıb.
Muğla Meşəçilik Regional Müdirliyinin hava və quru nəqliyyat vasitələri yanğınsöndürmə briqadaları ilə birlikdə əraziyə göndərilib.
Qruplar yanğını nəzarət altına almaq üçün çalışırlar.
Murad Məmmədli