Mühacir jurnalistə ağır itki

09.09.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropada mühacir həyatı yaşayan azərbaycanlı jurnalist İzolda Ağayevaya ağır itki üz verib.

Gununsesi.info xəbər verir ki, jurnalistin anası vəfat edib.

Sosial şəbəkədə paylaşım edən İzolda Ağayeva anasının ölüm xəbərini qürbətdə aldığını və ölkəyə qayıdaraq dəfn mərasimində iştirak edə bilmədiyini bildirib.

“Dünən anamı itirdim. Üstəlik, bu xəbəri qürbətdə aldım. Aşağı-yuxarı ölkədən niyə didərgin düşdüyümüz çoxlarına bəllidir. Bəzilərinə bəlli olmaya da bilər”.

O bildirib ki, nə Azərbaycana qayıdıb anasının dəfninə çata bilib, nə də yaşadığı ölkədə özünə yer tapa bilib.

Jurnalist paylaşımında anası ilə bağlı yazdıqlarını dəfələrlə silib-yenidən paylaşdığını, hazırda nə etdiyini özü də bilmədiyini qeyd edib.

“Mənim yerim bu dəqiqə öz ölkəmdə, anamın dəfnində olmaq idi. Amma mən də bir ana kimi öz övladımı düşünməyə məcbur oldum”.

Qeyd edək ki, İzolda Ağayeba BBC Azərbaycan xidmətində və bir sıra müstəqil media qurumlarında çalışıb.

Firuzə Mahmudova
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью