Mühacirlikdən qlobal moda ikonluğuna İlk sudanlı model

02.12.2025

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Sudanlı-amerikalı top-model Anok Yai "British Fashion Council" tərəfindən “2025-ci ilin Modeli” seçilib.

Kulis.az xəbər verir ki, qərar onun bir sıra nəhəng brendlərlə həyata keçirdiyi beynəlxalq kampaniyalar və qlobal moda dünyasında qaradərili təmsilçiliyini gücləndirən fəaliyyətinə görə verilib.

Mükafat 1 dekabr 2025 tarixində Londondakı "Royal Albert Hall"da təqdim olunacaq.

O, yalnız yüksək moda sahəsində deyil, qlobal səviyyədə inklüziv gözəllik standartları, mühacir məsələləri, qaradərili təmsilçiliyinin əhəmiyyəti, irqi ədalətsizlik və rəng ayrı-seçkiliyi mövzularında da fəaldır.

Qeyd edək ki, Yai təhsil aldığı biokimya fakültəsindən ilhamlanaraq gənc qızları STEM sahələrinə yönləndirmək üçün çalışdığını da bildirib.

Sevgi öləndə belə, bir-birimizi sevəcəyik - Günün mahnısı Bu il ARKA-ya ayrılmış vəsaitdən qalan pul gələn il necə xərclənəcək? - Nazirlik açıqladı Sumqayıt Teatrı "Qaravəlli" tamaşasını təqdim edib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью