Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin mühafizə hissələri tərəfindən göstərilən xidmətlər bahalaşdırılıb.
Bu barədə “AzPolitika”ya həmin xidmətdən istifadə edən obyektlərdən birinin sahibi məlumat verib. Qeyd olunur ki, fevralın 1-ə qədər idarəyə aylıq 40 manat ödəniş edilirdisə, bundan sonra 71 manat ödəniləcək. Yəni xidmət haqqı 77 faizdən çox artırılıb.
Mənbə bildirib ki, DİN tariflərin artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə əvvəlcədən razılaşma əldə edib.
“AzPolitika.info”