Mühafizəçi nazirə sərt xəbərdarlıq etdi, gündəm oldu Video

12.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

ABŞ müdafiə naziri Pit Heqset Veteranlar Günü münasibətilə keçirilən anım mərasimindən sonra Arlinqton Milli Qəbiristanlığında qaydaları pozduğu üçün xəbərdarlıq alıb.

“Qafqazinfo” xəbər verir ki, “Naməlum əsgər” məzarının qarşısında xatirə şəkli çəkdirən Heqset və onu müşayiət edən heyət ərazini tərk edərkən gülüb ucadan danışmağa başlayıblar.

Abidədə növbətçi olan fəxri qarovul mühafizəçisi nazir və yanındakıların səs-küyünə sərt şəkildə müdaxilə edib.

Mühafizəçinin ucadan etdiyi “Bütün ziyarətçilər hər zaman sükut və hörmət mühitini qorumalıdırlar” sözləri kameraya düşüb və həmin kadrlar sosial mediada sürətlə yayılıb və gündəm olub. İstifadçilər hərbi abidənin yanında nazirin bu davranışını kəskin tənqid ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью