MÜHAFIZƏÇİ, TƏMİZLİK İŞÇİSİ, PAPA... Ukraynaya “ağ bayraq qaldırmağı” təklif edən Roma Pap…
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verildiyi kimi, Roma Papası Fransisk aprelin 21-i səhər saatlarında vəfat edib.
Pontifikin 88 yaşı var idi…Roma Papasının ölümünü Vatikan bu cür elan edib: "Müqəddəs Marta Evindən kədərli xəbər gəlib.
Papa Fransisk Səmavi Atanın evinə qayıdıb".Fransisk hələ fevralın 14-dən xəstəxanada ağır vəziyyətdə idi.
Buna baxmayaraq, Pasxa bayramı ərəfəsində bayram münasibəti ilə dindarların qarşısına çıxmışdı.
O, əvvəlcə bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, xəstəxanada vəziyyəti pisləşmişdi.
Papaya polimikrob respirator infeksiyası diaqnozu qoyulmuşdu.
Bu səbəbdən Vatikan Papanın səhhəti ilə bağlı “mürəkkəb klinik vəziyyət” elan etmişdi. Fransisk 2013-cü ildə Roma Papası elan edilib.
Tam oxu
Xəbəri oxu