Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Xətai rayonunda fəaliyyət göstərən "My Bro" fast-food restoranında oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restorandan 5175 manat oğurlanıb. Sonradan məlum olub ki, oğurluğu edən restoranda dönərçi işləyən şəxsdir.
Həmin şəxs mühafizəçini aldadaraq restoranın açarını ondan alıb. Daha sonra isə niyyətini həyata keçirib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra dönərçi saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı özünü qismən təqsirli bilib. Müttəhim iddia edib ki, restorandan 800 manat pul oğurlayıb.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
"My Bro” restoranı vergi sistemində "My Bro” MMC kimi qeydiyyatdan keçib. MMC-nin qanuni təmsilçisi Xanməmmədov Zaur Hikmət oğludur.
Seyid