Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Xəbər verdiyimiz kimi, Yaponiya tarixində ilk dəfə bir qadın – Sanae Takaiçi baş
Yeniavaz.com xəbər verir ki, o, hakim Liberal Demokrat Partiyasının (LDP) lideri kimi parlamentdə səs çoxluğu toplayaraq bu vəzifəyə təsdiql
Qeyd edək ki, bu hadisə Yaponiyada gender bərabərliyinin zəif olduğu bir dövrdə baş verdiyi üçün tarixi hadisə kimi qiymətləndirilir.
Yaponiya uzun illərdir gender bərabərliyi sahəsində geridə qalan ölkələrdən biridir.
2025-ci ildə Dünya İqtisadi Forumunun Gender Bərabərliyi İndeksində Yaponiya 148 ölkə arasında 118-ci yeri tutub.
Qadınların hökumətdə təmsilçiliyi son illərdə daha da azalıb – 2024-cü ildə 25% olan göstərici 2025-ci ildə cəmi 10%-ə düşüb.
Buna görə də qadının baş nazir seçilməsi ölkə üçün böyük bir dönüş nöqtəsi hesab olunur.
Məlumat üçün bildirək ki, Sanae Takaiçi 1961-ci ildə Nara şəhərində anadan olub.