Mühafizəkarlar Partiyası Çilidə keçirilən prezident seçkilərində qalib gəlib

15.12.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Çilidə müxalifətçi mühafizəkar siyasətçi Xose Antonio Kast, seçki məntəqələrinin 83,43%-dən səslərin sayılmasından sonra ölkənin seçki xidməti tərəfindən dərc edilən nəticələrə görə, Çili prezident seçkilərinin ikinci turunda qalib gəlib.

APA xəbər verir ki, Kast səslərin 58,61%-ni, onun rəqibi, hakim mərkəz-sol koalisiya olan "Çili üçün Birləş"i təmsil edən Janett Xar isə 41,39%-ni toplayıb.

Xar artıq məğlubiyyətini etiraf edib və Kastı qələbəsi münasibətilə təbrik edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью