Müharibə 2026 cı ilin sonunadək bitə bilər Zelenskidən ehtimal

12.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 2026-cı ilin sonunadək başa çatması üçün imkan pəncərəsinin olduğunu bildirib. Bununla belə, o, bu perspektivə skeptik yanaşdığını gizlətməyib.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti bu barədə Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı danışıb. 
Ukrayna liderinin sözlərinə görə, razılaşmaların məhz indi əldə olunması vacibdir:
“Çünki 2027-ci ildə Avropadakı siyasi vəziyyət dəyişə bilər. ABŞ-də artıq siyasi dəyişikliklər baş verir”.
Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə qarşıdakı görüşünə də münasibət bildirib:
“Çox istərdim ki, onlar Dublinə konkret təkliflərlə qayıtsınlar. Buna o qədər də inanmıram. İcazə verin, bu komandada skeptik olum. Amma yenə də ümid var”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью