Müharibə başlayacaq: Təlimat verildi

13.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Qüvvələrini İranda yenilənmiş bir hərbi kampaniya ehtimalına hazırlaşmağın vacibliyi barədə məlumatlandırıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Kan News” Amerika mənbəsinə istinadən yazıb.

Hesabatda deyilir:

"Müharibənin tezliklə yenidən başlaması ehtimalına hazırlaşmaq üçün təhlükəsizlik kanalları vasitəsilə İsrailə və Körfəz ölkələrinə siqnallar ötürülüb".

Bu siqnallar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi kampaniyanı bərpa etməyə ehtiyac görmədiyi barədə son açıqlamaları ilə ziddiyyət təşkil edir.

Bu arada, kanalın məlumatına görə, ABŞ ordusu Yaxın Şərqə qüvvələr yerləşdirməyə davam edir.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: müharibə ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью