Müharibə başlayandan Rusiya nə qədər hərbçi itirib? ŞOK RƏQƏMLƏR

05.08.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri Rusiyanın şəxsi heyətində itkiləri (ölən və yaralananlar da daxil- red) təxminən 1,05 milyon nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatının avqustun 5-də dərc olunan analitik icmalında deyilir.

Kəşfiyyat məlumatlarına görə, təkcə 2025-ci ildə Rusiya 260 minə yaxın hərbçisini itirib.

Analitiklər qeyd edirlər ki, bu ilin mart ayından etibarən Rusiya ordusunun aylıq itkilərində nisbətən azalma müşahidə olunur. Belə ki, iyul ayında orta gündəlik itki nisbəti 2024-cü ilin aprelindən bəri ən aşağı həddə çatıb.

Lakin bu azalmaya baxmayaraq, bütün cəbhə xətti boyunca Rusiyanın hücumlarının intensivliyi yüksək olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью