Müharibə bitdikdən sonra İranda nə baş verəcək?

30.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yaxın Şərqdə müharibənin davam etdiyi bir zamanda ABŞ ilə İran arasında müəyyən ölkələrin vasitəçiliyi ilə dolayı danışıqlar aparılır.

Bu danışıqlarda tez bir zamanda müharibənin dayandırılması, atəşkəsin əldə olunması və regionda bundan sonrakı proseslərin taleyi ilə bağlı məsələlər müzakirə olunub.

Artıq bu danışıqlarda bəzi məsələlər üzrə razılaşmanın əldə olunduğu iddia edilir. Ən maraqlısı isə Prezident Donald Trampın son çıxışı olub.

Tramp jurnalistlərə açıqlamasında İranla danışıqların öz axarında davam etdiyini bildirib:

“Ağ Evin rəhbəri yaxın zamanda razılıq əldə olunacağı ilə bağlı iddiaları təsdiqləyib. “Düşünürəm ki, onlarla çox qısa zaman kəsiyində razılığa gələcəyik”.

ABŞ ilə İran arasında ciddi bir razılığın əldə olunması ehtimal olunur? Əgər danışıqlarda hər hansı ciddi nəticəyə nail olunarsa, bundan sonra İranda nə baş verəcəyi gözlənilir? 

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bundan sonra İranı xilas etmək mümkün olmayacaq:

“ABŞ ilə İran arasında atəşkəslə bağlı hər hansı razılaşma əldə olunarsa, bu, ilk növbədə İranda insan itkilərinin və təlafatların qarşısını alacaq. Amma bir məsələ var ki, atəşkəslə bağlı razılaşma əldə olunsa da, bütövlükdə İran üçün nəticə dəyişməyəcək.

İstənilən halda İranın siyasi sisteminin və mənzərəsinin dəyişməsi qaçılmaz hal alıb. Bu əməliyyatlar İran elə bir sarsıdıcı zərbə vurub ki, iqtisadi böhran keçirən bir ölkə hərbi məğlubiyyətə məruz qalıb.

Digər tərəfdən rejimi ayaqda saxlayan SEPAH-ın nüfuzu da yerlə bir olub. Bu təşkilat, demək olar ki, nüfuzdan düşüb. Razılıq əldə olunub-olunmaması, ABŞ ilə İran arasında münasibətlərin hansı istiqamətdə gedəcəyindən asılı olmayaraq, İranı xilas etmək mümkün deyil”.

Yunis Abdullayev 
“Cebheinfo.az”

 

Açar sözlər: Yaxın Şərqdə müharibə Xəqani Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью