Müharibə bitdikdən sonra Moskvaya səfər etməyi planlaşdırıram

07.10.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyanın Baş nazirinin müavini Matteo Salvini Ukraynada döyüş əməliyyatları başa çatdıqdan sonra Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb. 

“Vaşinqtona getməyi və müharibə bitdikdən sonra Moskvaya səfər etməyi planlaşdırıram. İtaliya körpülər qurmağa borcludur”, – o bildirib. 

Matteo Salvini İtaliya şirkətlərinin məhsullarının təşviq edilməsinin vacibliyini vurğulayaraq, son səfərlərinin Çin və Yaponiyaya olduğunu, yaxın vaxtlarda isə Misirə və Əbu-Dabiyə gedəcəyini qeyd edib.

Bundan əvvəl Salvini bəyan etmişdi ki, Rusiya onun ölkəsi üçün düşmən deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью