Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı Rusiya qazının Avropa bazarına qayıtması ilə bağlı istənilən cəhdlərin qarşısını qətiyyətlə alacaq. Brüssel Moskva və Vaşinqtonun bu layihəni yenidən canlandırmaq üçün edə biləcəyi ortaq cəhdlərinə heç bir şəkildə imkan verməyəcək.
KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyu bildirib ki, Aİ daxilində Rusiya qazının idxalını tamamilə qadağan edən sərt qanunvericilik mexanizmləri mövcuddur.
Onun sözlərinə görə, Avropada yanacağın qiymətinin əhəmiyyətli dərəcədə bahalaşmasına baxmayaraq, Avropa hakimiyyəti bu qaydaları dəyişmək niyyətində deyil və enerji təhlükəsizliyi kursunu qətiyyətlə qoruyub saxlayacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az