Müharibə bitəndən sonra Ukrayna və Rusiya arasında düşmən münasibət davam etməyəcək, yaralar sağalacaq

28.01.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Buça soyqırımı 2022-ci ilin mart–aprel aylarında Rusiya–Ukrayna müharibəsi zamanı Ukraynanın Kiyev vilayətində yerləşən Buça şəhərində baş verən ağır hərbi cinayətlərdir. Rusiya ordusu şəhərdən çəkildikdən sonra küçələrdə, evlərdə və kütləvi məzarlıqlarda yüzlərlə mülki şəxsin cəsədi aşkarlandı. Qurbanların bir çoxunun əlləri bağlı, yaxın məsafədən güllələnmiş, bəzilərinin isə işgəncələrə məruz qaldığı müəyyən edilmişdi. Ukrayna və beynəlxalq insan haqları təşkilatları Buçada baş verənləri müharibə cinayəti və insanlığa qarşı cinayət kimi qiymətləndirsələr də, Rusiya ittihamları rədd edərək hadisəni təxribat adlandırdı.Bəs Ukrayna Buça hadisəsini bağışlayacaqmı?

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xalq vahid bir məfhum deyil: “20 Yanvar hadisəsi olanda azərbaycanlılar deyirdilər ki, "biz heç vaxt rusu bağışlamayacağıq". Amma indi rus dili hansı səviyyədədir? Rusca danışmaq, Rusiyanı sevib dəstəkləyənlər azərbaycanlılar arasında var”.

Əhəd Məmmədli

Əhəd Məmmədli qeyd edib ki, Gürcüstan-Rusiya müharibəsində gürcülərin milliyətçi olduğunu düşünürmüş: “Deyirdim ki, gürcülər milliyətçidir, Rusiya ilə bütün bağları kəsəcəklər. Amma, indi baxdığınızda Gürcüstanda hakimiyyət Rusiya ilə normal siyasət yürüdür. Rus turistlər Gürcüstana gəlir, gürcülər Rusiyada ticarət edir.

Bizimkilər deyirdi ki, Xocalı qətliamından sonra ermənilərlə bütün əlaqələrimiz bitdi. Amma, indi Azərbaycanda Ermənistan ilə sülhlə bağlı sorğu keçirilir, 70 faiz hə deyir. Yenidən Ermənistana neft satılır, biz də erməni konyakını alacayıq. Vaxt keçdikcə unudulur”.

Əhəd Məmmədli bildirib ki, ukraynalılar da ruslarla yenidən ticarətdə olacaqlar, əvvəlki kimi olmasa da: “Xalq, hakimiyyət elə bir məfhumdur ki, vəziyyətə baxır”.

Politoloqun fikrincə, Ukraynada hakimiyyətə milliyətçilər gəlsə bəlkə onlar bağışlamadı, amma daha balanslı siyasət aparanlar gəlsə siyasət dəyişəcək: “Vaxt keçdikcə hər şey unudulmasa da, yaralar sağalacaq. Rusiya ilə Ukraynanın düşmən olacağını düşünmürəm. Hakimiyyətlər necədirsə, dövlətlər də elədir. Ukrayna da artıq gələcəkdə necə hakimiyyətlər olacaq, onu artıq vaxt göstərəcək”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью