Müharibə bitsə də, dərdi bitmir | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. 2024-cü ildə partlamamış minalar nəticəsində 140-a yaxın insan həlak olub.
Əfqanıstanda 2024-cü ildə partlamamış minalar 137 nəfərin həyatına son qoyub. 333 nəfərin, o cümlədən uşaqların da yaralanmasına səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əfqanıstanın Minalardan Təmizlənməsi üzrə Koordinasiya Müdirliyi (DMAC) bildirib.
"2024-cü ilin əvvəlindən ölkə üzrə təxminən 240 insident baş verib və ümumilikdə 470 nəfər həlak olub.
Onlardan 386-sı şəhid olan və ya yaralanan uşaqlardır", - DMAC rəhbəri Nuruddin Rüstəmxilin açıqlaması "Tolo News" portalında yer alıb.
DMAC rəhbəri Əfqanıstanda təxminən 60 kvadrat mil ərazinin eyni müddət ərzində partlamamış minalardan təmizləndiyini bildirib.
O əlavə edib ki, ölkədə 57 bomba zərərsizləşdirilməsi qrupu var və onlar minaların təhlükələri barədə ictimaiyyəti məlumatlandırmaq üçün çalışırlar.
Bu ilin əvvəlində HALO Trust beynəlxalq xeyriyyə təşkilatının baş icraçı direktoru Ceyms Kovan bildirmişdi ki, Əfqanıstan ölkədə çalışan minatəmizləmə mütəxəssislərinin sayına görə liderdir.
Tam oxu
Xəbəri oxu