Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Ukraynaya qarşı müharibəsi 2025-ci ildə başa çatması mümkündür.
Bunun üçün sanksiyaların gücləndirilməsi və Ukraynaya təhlükəsizlik təminatının verilməsi tələb olunur.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Biz bunu (Ukraynada müharibənin bitməsini - Red.) həqiqətən də istəyirik.
Düzünü desək, biz hər il Qərb tərəfdaşlarımızın Putini müharibəni bitirməyə məcbur etmək üçün kifayət qədər gücə malik olmasını istəyirik.
İndi bunun üçün bütün imkanlar var. Üstəlik, ABŞ prezidenti Donald Tramp da müharibənin tez bitməsini istəyir.
Tez və ya yox, bunun necə nəticələnəcəyini bilmirik, amma bilirik ki, güclü olmalıyıq", - prezident vurğulayıb.