Müharibə daha 2 3 həftə davam edə bilər Hakan Fidan

22.03.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yaxın Şərqdəki hazırkı müharibə vəziyyəti daha 2-3 həftə davam edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərlə söhbəti zamanı deyib.

“ABŞ-ın mövqeyi müharibənin dayandırılması üçün əsas əhəmiyyət kəsb edir. İsrail nəyin bahasına olursa olsun, Vaşinqtona təzyiq göstərməyə və atəşkəs sazişinin və ya sülhün mümkün qədər tez bağlanmasının qarşısını almağa çalışacaq”, -deyə nazir bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail arasında ilkin ortaq məxrəcin getdikcə daha çox fikir ayrılığına səbəb olduğu deyilir:

“Belə durum uzunmüddətli müharibəyə səbəb ola bilər. Münaqişə davam etdikcə danışıqların baş tutma ehtimalı azdır”.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью