Müharibə dayandırılsa, Zelenski bu sənədi imzalaya biləcək

23.01.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev və Vaşinqton Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə razılığa gəlib, lakin sənəd hələ imzalanmayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda (Davos) ABŞ Prezidenti Donald Trampla bir saatlıq görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün Amerika heyəti və ABŞ Prezidenti ilə apardığımız söhbətdə dedik ki, təhlükəsizlik zəmanətləri sənədi hazırdır, sənəd tamamlanıb, indi yalnız imzalanmalıdır. Lakin sənəd yalnız müharibə dayandırıldıqdan sonra qüvvəyə minəcək",- deyə Zelenski bildirib.

Sənədin statusu barədə yenidən sual verildikdə o əlavə edib: “Sənədlə işimizi başa çatdırmışıq. Sənəd prezidentlər tərəfindən imzalanmalıdır və sonra parlamentlərə göndəriləcək.”

Zelenski həmçinin vurğulayıb ki, təhlükəsizlik zəmanətləri üzrə razılıq tamamlanıb, lakin ərazi məsələləri hələ həllini tapmayıb və Rusiya tərəfini kompromisə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью