Müharibə dövründəki ən böyük əsir mübadiləsi... Budanov

17.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Gələn həftə Ukrayna ilə Rusiya arasında müharibə dövründəki ən böyük hərbi əsir mübadiləsi baş tuta bilər. Hər iki tərəfdən 1000 nəfərin dəyişdirilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

“Ümid edirəm ki, bu, gələn həftə baş verəcək. Siyahılara gəlincə, bu cür mübadilələrdə necə mümkündürsə, elə də olacaq – kimi ala biliriksə, alacağıq, eyni şəkildə də verəcəyik”, - Budanov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью