Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı insanların düşündüyündən daha tez başa çatacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, müharibənin olduqca tez başa çatacağını bildirib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayılar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzaladılar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı əldə edilmiş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı hücumları bərpa etdi.
Daha sonra ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi gücün istifadəsinə faktiki olaraq son qoyduğunu və sanksiyalar vasitəsilə onu iqtisadi cəhətdən boğmaq cəhdlərinə keçdiyini bildirdi.