Müharibə həlledici mərhələyə qədəm qoyub Donald Tusk

22.11.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qlobal münaqişə realdır. Rusiya ilə Ukrayna arasında müharibə həlledici mərhələyə qədəm qoyub”.

Globalinfo.az xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.

O bildirib ki, Rusiya və Ukrayna arasında müharibə həlledici mərhələyə qədəm qoyduğu üçün qlobal münaqişə ehtimalı realdır.

“Şərqdəki müharibə həlledici mərhələyə qədəm qoyur. Bizim heç birimiz bu münaqişənin necə bitəcəyini bilmirik. Bildiyimiz odur ki, münaqişə indi dramatik ölçülərə çatır. Qlobal münaqişə təhlükəsi ciddi və realdır. Təhlükəsiz və güclü dövlətlər texnoloji, intellektual və yaradıcı üstünlüklərə malik olanlardır”, – deyə Tusk vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью