Müharibə İranın qapısını döyür...

29.01.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda bir sıra dövlətlər Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün səylər göstərir. Onun sözlərinə görə, bu ölkələrin heç biri Avropa dövlətləri deyil.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.

Araqçi qeyd edib ki, Avropa ölkələri deeskalasiyada iştirak etmək əvəzinə, əksinə, regionda gərginliyin artmasına töhfə verirlər.

Nazir bildirib ki, mümkün böyük münaqişə qaçılmaz olaraq Avropanın özünü də təsirləndirəcək. Bu təsirlər ilk növbədə enerji qiymətlərinin artması ilə özünü göstərəcək. Onun fikrincə, Avropa İttifaqının hazırkı mövqeyi qurumun öz maraqlarına ziddir. Araqçi əlavə edib ki, Avropa vətəndaşları hökumətlərindən daha ölçülü və məsuliyyətli yanaşma gözləyir.

Regionda vəziyyətin gərginləşdiyi bir vaxtda Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını açıqlayıb. O bildirib ki, tərəflər bölgədə baş verən son dəyişiklikləri müzakirə ediblər. Danışıqlarda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunması üçün daimi dialoqun vacibliyi vurğulanıb. Eyni zamanda Pakistan və İran arasında ikitərəfli münasibətlərin yüksək səviyyəli təmaslar vasitəsilə gücləndirilməsinə sadiqlik təsdiqlənib.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da İran ətrafındakı vəziyyətə münasibət bildirib. O deyib ki, regionun yeni müharibəyə ehtiyacı yoxdur və mümkün hücumlar vəziyyəti daha da ağırlaşdıra bilər.

Bu proseslər fonunda ABŞ Prezidenti Donald Tramp Amerika kəşfiyyat qurumlarının nümayəndələri ilə qapalı brifinq keçirib. Ağ Evin açıqladığı rəsmi qrafikdə görüşün mövzusu göstərilməyib. Brifinq İran ətrafında gərginliyin artdığı bir vaxta təsadüf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью