Müharibə naziri İranın Trampı öldürməyə çalışdığını iddia edib

04.03.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Daha böyük dalğalar gəlir.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.

Nazir qarşıdakı günlərdə “daha çox və daha böyük dalğaların” gələcəyini qeyd edib. “Biz sadəcə başlayırıq”, - o deyib.

Heqset İran rəhbərliyinin sıradan çıxarıldığını vurğulayıb.

Heqset İranın ABŞ Prezidenti Donald Trampı öldürməyə çalışdığını da iddia edib.

“İran Trampı öldürməyə çalışdı, amma son gülən Tramp oldu. Trampı öldürməyə cəhd edən qurumun lideri izlənib və öldürülüb”, - müharibə naziri bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью