Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beş ay əvvəl başlayan hərbi əməliyyatlardan bəri ABŞ və İsrailin hücumları nəticəsində 350-dən çox dövlət qulluqçusu həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı İran hökumətinin xüsisi nümayəndəsi Fatma Mühacəraniyə istinadla məlumat yayıb.
“Son bir neçə gündə xalqı rabitə ilə təmin etmək üçün canını fəda edən mühəndisdən tutmuş, elektrik təchizatını mühafizə etmək üçün həlak olan elektrik işçisinə qədər 350-dən çox dövlət qulluqçusu vəzifə borcunu yerinə yetirərkən həyatını itirib”, - İran rəsmisi bildirib.
Lakin bu itkilərin hansı tarix aralığını əhatə etdiyi barədə əlavə məlumat verilməyib.