Müharibə planı hazırlanıb: 800 minlik qoşun sərhədə yeridilir VSJ

27.11.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya Silahlı Qüvvələri şərqdə nəzərdə tutulan cəbhə xəttinə 800 min NATO hərbçisinin yerləşdirilməsini ehtiva edən plan hazırlayır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” (VSJ) məlumat yayıb.

“Onlarla yüksək rütbəli alman zabiti Rusiya ilə gizli müharibə planı hazırlamaq üçün təxminən iki il yarım əvvəl Berlindəki hərbi kompleksə toplaşıb, indi isə onu həyata keçirməyə tələsirlər”, – məqalədə vurğulanıb.

Qeyd edilir ki, plan 800 minə qədər Almaniya, Amerika və digər NATO hərbçilərinin şərqdə cəbhə xəttinə necə yerləşdiriləcəyini əks etdirir.

Həmçinin bildirilir ki, Almaniya özü yerləşdirmə üçün əsas rol oynayacaq.

Safura Bənnayeva
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью