“Müharibə prezidentin səhhətinə mənfi təsir edib” Zelenskaya

29.11.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, genişmiqyaslı müharibə onun həyat yoldaşı, prezident Volodimir Zelenskinin səhhətinə mənfi təsir edib.

Bakıvaxt.az xəbər verir ki, Zelenskaya bunu İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.

Prezidentin həyat yoldaşının sözlərinə görə, Volodimir Zelenski müharibə ilə əlaqədar xeyli stress keçirib. O etiraf edib ki, böyük fiziki və emosional stress səbəbindən ərinin kürəyi tez-tez ağrıyır.

Bununla yanaşı, Zelenskaya “1000 günlük müharibə”nin ərini daha da gücləndirdiyini də vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью